Bu gün Rusiya Prezidenti Vladimir Putin Pekində rəsmi görüşlər keçirəcək.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, səfər ikitərəfli əlaqələr üçün əsas sayılan “Qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə və XXI əsrdə strateji qarşılıqlı fəaliyyətə yönəlmiş “bərabərhüquqlu etibarlı tərəfdaşlıq” münasibətlərinin inkişafı kursunun elan edilməsinin 30 illiyinə həsr olunub.
Bildirilir ki, Putin Pekinə Çin sədri Si Cinpinin şəxsi dəvəti ilə səfər edib. Bu, liderlərin ilin əvvəlindən bəri artıq ikinci təması olacaq - fevralın 4-də onlar videokonfrans formatında danışıqlar aparıblar.
Dövlət başçıları arasında geniş ikitərəfli və beynəlxalq məsələlərin həlli üçün həm təkbətək, həm də geniş formatlarda danışıqlar planlaşdırılır. Səfər üçün Rusiya ilə Çin arasında tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, eləcə də mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi barədə Birgə Bəyanat da daxil olmaqla, praktik hökumətlərarası, idarələrarası və korporativ sazişlərin əhəmiyyətli bir paketi hazırlanıb.
Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun daha öncə jurnalistlərə bildirdiyi kimi, ümumilikdə təxminən 40 sənədin imzalanması planlaşdırılır ki, bunlardan 21-i dövlət başçılarının iştirakı ilə imzalanacaq.