Ru
15:35 / 09 Oktyabr 2025

Putin: Təyyarəyə raket deyil, onun qırıntıları dəyib

 Putin: Təyyarəyə raket deyil, onun qırıntıları dəyib
Eye

Xəbər verdiyimiz kimi, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş başlayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Putin Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

O, Əliyevlə söhbətində Rusiya səmasında AZAL təyyarəsinin iştirakı ilə baş vermiş faciəyə görə üzrxahlıq etdiyini xatırladıb.

Rusiya prezidenti bildirib ki, AZAL-ın təyyarəsi ilə bağlı faciə baş verən gün Rusiya sərhədi keçən Ukraynanın üç pilotsuz təyyarəsini idarə edib:

"Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. AZAL-ın təyyarəsinə çox güman ki, birbaşa raket deyil, onun qırıntıları dəyib. AZAL-ın ekipajına Mahaçqalaya eniş təklif olunub, lakin onlar öz hava limanlarına getməyə qərar verdilər. Razılaşmaya uyğun olaraq, Rusiya təyyarə qəzasının təhqiqatı üçün tam əməkdaşlıq edir".

Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar