Ru
19:39 / 20 May 2026

Putinin Çinə səfəri başa çatdı

Putinin Çinə səfəri başa çatdı
Eye

Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub.


Bakupost.az xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib.

Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Van İ qarşılayıb. Səfərin növbəti günü Rusiya Prezidenti Çin Xalq Respublikasının Sədri Si Tsinpinlə geniş tərkibli danışıqlar aparıb, həmçinin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Si Tsinpin təkbətək söhbət zamanı energetika sahəsindəki layihələri və “daha çox vacib olan bəzi məqamları” razılaşdırıblar.

Xatırladaq ki, görüş zamanı Si Tsinpin Putinin hüzurunda bir neçə gün əvvəl Çinə səfər edən ABŞ Prezidenti Donald Trampın ünvanına da üstüörtülü tənqidi mesajlar göndərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar