Ru
15:34 / 15 Yanvar 2020

Putinin siyasi dəyişiklik qərarına operativ şərh: Niyyətinin saflığından deyil...

2342



“Əvvəl Gürcüstan və Ukraynada, arxasınca Ermənistanda baş verən ciddi dəyişikliklər onu göstərdi ki, regionun digər ölkələri üçün də dəyişikliklər qaçılmazdır".


BakuPost xəbər verir ki, bunu iqtisadi ekspert Rövşən Ağayev Rusiya prezidenti Vladimir Putinin konstitusiya dəyişilkliyi və ya referendum yolu ilə siyasi sistemdə islahatlara başlayacaqları ilə bağlı bəyanatını şərh edərkən söyləyib.
O bildirib ki, 2014-cü ildən sonra Rusiya iqtisadiyyatı real olaraq böyümür:

"Dünyanın ən nəhəng imperiyalarından biri üçün staqnasiya ABŞ və Çin kimi nəhənglərlə rəqabətdə böyük problem yaradır, ölkəni gücsüzləşdirir. Hətta hərbi gücünü belə üstünlüyə çevirmək çətin olur.
Rusiya texnoloji baxımdan çox geridir, indi tək hərbi güc 50 il öncəki qədər hər şeyi həll etmir. Hətta hərbi gücü reallaşdırmaq üçün texnoloji və iqtisadi baxımdan rəqiblərə uduzmamalısan. Ölkənin ÜDM-də və ixracında texnoloji məhsulların payını bençmarkinq eləmək kifayətdir ki, real mənzərəni görəsən".

Onun fikrincə, söhbət niyyətin saflığından və hədəfə necə çataçaqlarından getmir:



"Bu tip rejimlərdə saf və xoş niyyət olmur. Əsas odur ki, inanılmaz məcburiyyət və məhkumiyyət var.
Bunu bizdə də hiss edirəm - bütün iqtisadi analizlər bunu göstərir. Neçə vaxtdır siyasi elitadakı vurnuxmalara bir az da bu pəncərədən baxmaq lazım gəlir.
Amma dəyişikliyin kiçik siyasi qrupların deyil, cəmiyyətin maraqlarına uyğun baş verməsi toplumun fəallığından asılı olacaq - bizdə də, elə Rusiyada da".

R.Ağayev yüz il əvvəlki tarixi mərhələni xatırladaraq, dünyanın da, regionumuzun da o dövrdəki kimi qaynadığını vurğulayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər