Ru
10:06 / 02 Sentyabr 2019

Qadınlarla mübahisə etməyin - Səbəbi alimlər izah edir

2504
İsveçrəli tədqiqatçılar bildirirlər ki, kişilərin qadınlarla mübahisəyə girməsinin faydası yoxdur. Bu barədə «The Daily Mail» nəşri yazıb.

Alimlər müəyyən ediblər ki, qadınlar müxtəlif detalları kişilərdən yaxşı yadda saxlayır və danışıq zamanı onları xatırlaya bilirlər. Məsələn, «kim və nə deyib?» və ya «itmiş əşya hardadır?» və s.

Bəşəriyyətin zərif nümayəndələrinin üstünlüyü var, belə ki, onlarda epizodik yaddaş güclü inkişaf edib və onlar keçmişin müxtəlif mərhələlərinə aid müxtəlif hadisələri dəqiq yadda saxlaya bilirlər. Məhz bu amil ondan xəbər verir ki, qadınlarla mübahisəyə girişmək faydasızdır. Tədqiqatçılar onu da qeyd edirlər ki, qadınlar insanların sifətini və müxtəlif aromatları da yaxşı yadda saxlayırlar.

Ekspert qrupu oz nəticələrini 617 tədqiqatla əsaslandırır. Tədqiqatlar 1973- cü ildən 2013-cü il aralığında aparılıb. Eksperimentlərdə 1,2 miyon adam iştirak edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər