Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində "Qalatasaray" futbol klubunun keçmiş hücumçusu Ümit Karan saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "En Son Haber" saytı məlumat yayıb.
Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı əməliyyat zamanı keçmiş futbolçu Sabiha Gökçen Hava Limanında saxlanılıb.
Qeyd edək ki, Ümit Karan hazırda televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərir.