Ru
09:31 / 02 Fevral 2026

Qar gəlir - Hava dəyişəcək

Qar gəlir - Hava dəyişəcək
Eye

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.


Bakupost.az xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.

Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.

Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.

7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.\Bizim.media

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar