Ru
11:47 / 02 Fevral 2026

“Bu qərar əhalinin rəyindən asılı olacaq” - Deputat

“Bu qərar əhalinin rəyindən asılı olacaq” - Deputat
Eye

“Naxçıvan 3 dövlətlə sərhəddədir və baş verənlər Naxçıvana da təsirsiz ötüşmür. Bu baxımdan bu gün burada Naxçıvanın statusu və digər məsələləri yox, Naxçıvanın müdafiəsi, gələcəkdə baş verəcək hadisələrdə hansı addımların atılmasını müzakirə etməliyik”.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Naxçıvanın statusu ilə bağlı qərar Azərbaycan əhalisinin verəcəyi rəydən asılı olacaq. Ona görə də hər dəfə bu məsələni ortaya atmağa ehtiyac yoxdur. Bu gün dövlət başçısı Naxçıvanla bağlı qərarlar verir, orada səlahiyyətli nümayəndəlikdə də dəyişiklik baş verib. Bir çox layihələr artıq reallaşmağa başlayıb, bundan sui-istifadə edənlər var. Bu gün anti-milli qüvvələr və xaricdə oturan vətən xainləri süni intellektlə ayrı-ayrı şəxslərin adından istifadə edir. Bu gün bizim mübarizəmiz onlara qarşı olmalıdır. Əhaliyə düzgün olan informasiyaları izah etməliyik, mütəmadi görüşməliyik. Naxçıvandan seçilən deputatlar insanlarla mütəmadi görüşür, insanlara feyk məlumatlara qulaq asmamağı deyirlər”, - millət vəkili qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar