Ru
14:41 / 20 Mart 2026

Qarabağdan gedib Ermənistan vətəndaşlığı alanların sayı...

Qarabağdan gedib Ermənistan vətəndaşlığı alanların sayı...
Eye

Bu günə qədər Qarabağdan könüllü olaraq köçən ermənilərdən 34.576 nəfəri Ermənistan vətəndaşlığını alıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər naziri Arpine Sərkisyan martın 20-də parlamentin Əmək və Sosial Məsələlər Daimi Komitəsinin iclasında Ermənistan Respublikası Hökumətinin 2025-ci il (2021–2026) proqramının icrasının gedişi və nəticələri barədə hesabatı zamanı bildirib.

Nazir qeyd edib ki, heç bir imtina olmayıb.

Vətəndaşlıq üçün müraciətlərin ümumi sayına gəldikdə isə, Sərkisyan bildirib ki, nazirlik 2025-ci ilin birinci yarısında təxminən 4.000 müraciət alsa da, 2026-cı ilin ilk 2,5 ayın məlumatlarına əsasən, bu rəqəm artıq 5.000-ə çatıb.

Qeyd edək ki, Qarabağdan köçənlərin bir hissəsi Ermənistandan da gedib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar