Avropa futbolunun klublar səviyyəsində ən nüfuzlu turniri olan UEFA Çempionlar Liqasında son 16 mərhələsinin pley-off turu üçün püşkatma keçirilib.
Bakupost.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdə İngiltərənin “Nyukasl” komandası üz-üzə gələcək. Qeyd edək ki, “Nyukasl” klubu mümkün rəqiblər arasında ən zəifi hesab etmək olar. “Qarabağ”ın mərhələni keçmək şansları var.
Pley-off mərhələsinin qarşılaşmaları:
• “Qarabağ” – “Nyukasl Yunayted”
• “Qalatasaray” – “Yuventus”
• “Borussiya Dortmund” – “Atalanta”
• “Olimpiakos” – “Bayer Leverkuzen”
• “Benfika” – “Real Madrid”
• “Budo/Qlimt” – “İnter”
• “Monako” – “PSJ”
• “Klub Brügge” – “Atletiko Madrid”
“Qarabağ”la “Nyukasl” arasındakı ilk oyun Bakıda keçiriləcək, cavab qarşılaşması isə İngiltərədə baş tutacaq.
Turnirin təqvim:
• Son 16 pley-off turu: 17–18 və 24–25 fevral
• Səkkizdəbir mərhələ: 10–11 və 17–18 mart
• Dörddəbir finallar: 7–8 və 14–15 aprel
UEFA Çempionlar Liqasında bu mərhələlərdən sonra yarımfinal və final qarşılaşmaları oynanılacaq.
Qeyd edək ki, pley-off mərhələsinin qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.
Gülsüm, BakuPost