Ru
15:03 / 04 Fevral 2026

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü - YENİLƏNİB

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü - YENİLƏNİB
Eye

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.


Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.


Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.


***

14:11


Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar