Ru
23:56 / 08 Noyabr 2019

Qaxda idarəetmədən çıxan avtomobil evin qapısına çırpılıb

 Qaxda idarəetmədən çıxan avtomobil evin qapısına çırpılıb
Eye

Qax şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un “Report”a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “99-HB-092” dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən həyətlərdən birinin qapısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən biri, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Nicat Rəsul oğlu Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı həyətin qapısı yararsız vəziyyətə düşüb.

Başından xəsarət alan 17 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar