Qazaxıstan xarici işlər naziri Murad Nurtleu saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Orda.kz saytı məlumat yayıb.
Bildirilib ki, XİN başçısı ilə yanaşı, biznesmen Hacı Hacıyev də saxlanılıb.
Nurtleu Çində keçirilən ŞƏT sammitindən qayıtdıqdan sonra evində saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Nurtleu və Hacıyevin evində axtarışlar aparıblar.
***
Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu və digər şəxslərin saxlanılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Bakupost.az xəbər verir ki, bu barədə Tengrinews.kz -ə məlumatlı mənbələr bildiriblər.
Qazaxıstanın informasiya naziri Aida Balaeva da bu xəbərləri dezinformasiya adlandırıb.