“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.
Bakupost.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında
deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".
S. Rüstəmxanlı qiymət artımı ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Bu, əhalini ciddi narahat edir. Ölkədəki qiymət siyasətinə kim baxır?! Bahalaşma ildırım sürəti ilə gedir. Benzin qalxan kimi hər şeyin qiyməti qalxır. Təklif edirəm ki, qiymətlərin artmasının əsaslı olub-olmaması ilə bağlı yığıncaq keçirilsin. Bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur ya yox".
Həmçinin, deputat rayon və kəndlərdəki internet problemindən də söz açıb: “Yaxşı olar ki, bu məsələyə ciddi diqqət yetirilsin. Kəndlərimizdə internet yoxdur”.
Deputat bu məsələni Parlamentin gündəlıyinə salınmasına ,müzakirəyə çıxarılmasına çalışmalı və buna nail olmalıdır.MM isə ciddi müzakirə apararaq qərar qəbul etməli və möhtərəm Prezidentə göndərməlidir. Bax bu deputatın fəallığı ola bilər.Yoxsa saytlarda bir günlük məlumatlarda məndə varam deməyin yeri yoxdur.