Ru
11:55 / 01 Dekabr 2025

Qızıl bahalaşdı – Qiymətli metal altı həftənin ən yüksək səviyyəsinə çatdı

Qızıl bahalaşdı – Qiymətli metal altı həftənin ən yüksək səviyyəsinə çatdı
Eye

Qızıl bazarı bu gün altı həftənin ən yüksək səviyyəsinə yüksəlib. ABŞ dolları 14 günün ən aşağı səviyyəsinə geriləyib ki, bu da qiymətli metalların bahalanmasına səbəb olub.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, qızıl qiymətləri səhər saatlarında 0,2% artaraq 4.240,54 dollara qalxıb və 21 oktyabrdan bəri ən yüksək göstəricisini əldə edib. ABŞ-da qızılın fyuçersləri isə 0,5% artaraq 4.276,00 dollar olub.

Analitiklər bildirirlər ki, bu yüksəlişin əsas səbəbi dolların zəifliyi və bazarda erkən riskdən qaçış tendensiyasıdır. Eyni zamanda, yaxın günlərində ABŞ-da gözlənilən faiz endirimləri diqqətə alınır.

Gümüş də 2% bahaıaşaraq 57,48 dollara yüksəlib.

Digər qiymətli metallar arasında platin 1,3% artaraq 1.694 olub, paladyum isə 2,1% artaraq 1.482 dollara enib.

Cavid, BakuPost

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar