Ru
20:35 / 30 Yanvar 2026

Qızıl unitazlı ev satışa çıxarıldı - FOTO

Qızıl unitazlı ev satışa çıxarıldı - FOTO
Eye

Rusiyada Stavropol vilayətinin Dövlət Yol Polisi idarəsinin sabiq rəisi Aleksey Safonova məxsus, el arasında “qızıl unitazlı ev” kimi tanınan dəbdəbəli malikanə satışa çıxarılıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, “qaraçı barokko” üslubunda inşa edilmiş bu xüsusi mülkün ilkin satış qiyməti 9 milyon rubl müəyyən edilib.

Məlumata görə, malikanə interyerində ifrat dəbdəbə elementləri - qızılı sanitar qovşaqlar və bahalı dekor detalları ilə diqqət çəkirdi.

Safonovun özü isə ötən ilin yazında rüşvətxorluq ittihamı ilə məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar