"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.
Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib.
Elşad Məhərrəmovun barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Mərkəzin rəhbəri Ceyhun Salmanovla bağlı bağlı təqdimata yaxın saatlarda baxılacaq.
***
14:06
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittihamlar məlum olub.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.
***
Barəsində cinayət işi başlanılan “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.
Bakupost.az Oxu.Az-a istinadla xeber verir ki, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.
Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.
Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb.
***
10:08
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.
объясните, что заставляет вас писать " Гуртулуш" как "Куртулуш" ?