Ru
18:49 / 03 Aprel 2026

Dünyanın ən yaşlı insanı doğum gününə beş gün qalmış ölüb - FOTO

Dünyanın ən yaşlı insanı doğum gününə beş gün qalmış ölüb - FOTO
Eye

Dünyanın ən yaşlı insanı hesab edilən Marselino Abad Tolentino 126 yaşına 5 gün qalmış ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat verib.

Sağ ikən verdiyi bilgilərdən aydın olur ki, onun 125 il 360 gün ömrü olub. Lakin onun yaşı rəsmi olaraq təsdiqlənməmişdi. Tolentinonun hətta doğum haqqında şəhadətnaməsi belə olmayıb.

O, bütün həyatını Perunun ucqar Çaqlla kəndində yaşayıb. Erkən yaşlarında yetim qalıb və uşaqlıqdan tarlada işləyib, kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olub.

Kəndin ucqarda yerləşməsi səbəbindən məktəbə getməyib və daha sonra hörgü ustası kimi pul qazanıb.

Son illərdə kişi omba zədəsi səbəbindən əlil arabasında hərəkət edib. Buna baxmayaraq, o, tənha həyat sürməyə davam edib. Hakimiyyət orqanları onu yalnız COVID-19 pandemiyası zamanı aşkar ediblər. Yalnız bu zaman ilk dəfə sənədlər və dövlət təqaüdü əldə edib. O, uzunömürlülüyünü həyat tərzi və qidalanması ilə əlaqələndirib. Onun rasionuna meyvələr, quzu əti, eləcə də özünün topladığı otlar və bitkilər daxil olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar