Ru
18:19 / 03 Aprel 2026

Pezeşkian Trampın "Daş dövrünə qaytararıq" təhdidinə belə CAVAB VERDİ

Pezeşkian Trampın "Daş dövrünə qaytararıq" təhdidinə belə  CAVAB VERDİ
Eye

İran prezidenti Məsud Pezeşkian ABŞ-li həmkarı Donald Trampın İranı "Daş dövrünə" qaytarmaqla bağlı təhdidlərinin böyük müharibə cinayəti olub-olmadığı ilə maraqlanıb.

Bakupost.az xəbər verir ki, Pezeşkian bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

İran lideri paylaşımında yazıb:

"Bütöv bir milləti daş dövrünə qaytarmaq təhdidi, genişmiqyaslı hərbi cinayətdən başqa bir məna kəsb edirmi? Məhz bu sualı mən hüquqşünas olan finlandiyalı həmkarıma ünvanladım. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərin nümunələri ilə doludur".

Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana qarşı zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edib və rəsmi Tehranı ölkəni "daş dövrünə" qaytarmaqla hədələyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar