Ru
17:53 / 02 Sentyabr 2026

Qocalmanı yavaşladan maddə tapıldı – Alimlərdən yeni kəşf

Qocalmanı yavaşladan maddə tapıldı –  Alimlərdən yeni kəşf
Eye

Alimlər hüceyrə səviyyəsində qocalmanı yavaşladan maddə aşkar ediblər.

“Bakupost” xarici KİV-ə istinadla xəbər verir ki, “rapamisin” adlı preparatla siçanlar üzərində aparılan təcrübələr zamanı onların ömrünün 25–30 faiz uzandığı müşahidə edilib.

Nəzəri olaraq, bu təsirin insanlarda da eyni nəticəni verəcəyi ehtimal edilsəydi, söhbət insan ömrünün əhəmiyyətli dərəcədə uzadılmasından gedə bilərdi. Lakin bu nəticələrin insanlara da eyni şəkildə tətbiq olunacağı hələ sübut edilməyib.

"Rapamisin"in insanlarda qocalmanı ləngitdiyi və ömrü uzatdığı hazırda təsdiqlənmiş fakt hesab olunmur. Preparatın bu istiqamətdə potensialını müəyyənləşdirmək üçün müxtəlif klinik araşdırmalar aparılır və daha geniş tədqiqatlara ehtiyac var.

Yasəmən,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar