Ru
00:10 / 11 Avqust 2026

Qonşumuzda 41 yeni müstəqil respublika yaranacaq – Siyasi şərhçi

Qonşumuzda 41 yeni müstəqil respublika yaranacaq –  Siyasi şərhçi
Eye

1982-ci ildə SSRİ dövlət TV-sində deyirdilər ki, sanksiyalar bizim vecimizə deyil, resurslarımız boldur, ABŞ-nin özü çökəcək. İndi də eyni sözü deyir rus təbliğaçıları”.


"Bakupost" xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Həsrət sosial şəbəkə hesabında yazıb.

Azər Həsrət fikrinin davam olaraq qeyd edib ki, Rusiyanın yerində 41 yeni dövlət müstəqilliyini elan etmək üzrədir.

Bəs, siyasi şərhçi hansı əlamətlərə və arqmentlərə əsaslanaraq məhz 41 yeni dövlətin müstəqilliyini elan edəcəyini düşünür? 41 biraz çox deyilmi?

Azər Həsrət Musavat.com-un ünvanladığı suala cavabında deyib ki, bu proqnozu və rəqəmi havadan götürüb səsləndirməyib:

“Əslinə qalanda Rusiyanın tərkibində hazırda 21 respublika var və onların hər biri kifayət qədər oturuşmuş dövlət aparatına malikdirlər, müstəqil olacaqları təqdirdə rahat şəkilldə özlərini idarə edəcək və dünyaya inteqrasiya eləyəcəklər.

Məsələn, Tatarıstan, Başqırdıstan, Yaktiya kimi respublikaların kifayət qədər resursları var, insan potensialı, böyük əraziləri mövcuddur. Yəni hər şeyləri var ki, normal müstəqil dövlətlər olsunlar.

Yaxud Dağıstanın, Çeçenistanın kifayət qədər ərazisi, insan resursları və digər resursları müstəqil dövlət olmaq üçün kifayət edir. 21 mövcud respublika müstəqillik üçün hazır vəziyyətdədirlər.

Bunlardan başqa, Rusiyanın bir zamanlar ləğv etdiyi və ya küncə sıxışdırdığı gözardı etdiyi ərazilərdə yaşayan xalqlar var ki, onlar da müstəqil dövlətlərini qurmaq istəyirlər. Bununla bağlı kifayət qədər məlumatlıyam. Ona görə bu fikri səsləndirmişəm. Rəqəm bir az böyük görünə bilər, amma bu faktdır.

1991-ci ildə SSRİ dağılanda əslində 15 yeni müstəqil dövlət deyil, 32 yeni müstəqil dövlət qurulmalı idi. İttifaq müqaviləsi bağlayan bütün respublikalar SSRİ dağılanda müstəqil olmalı idilər. Sadəcə olaraq Rusiya 14 respublikanın ayrılmasına məcburiyyətdən dözdü, digərlərini əlində saxlamağı bacardı”.

Şərhlər
  • *Süni* zəka Əsarəti

    iHay musavat Reperi siyasətin iqtisadi tam-bütövləşdirmə əvəzinə Hərbi Güclər və əski Kreml şaykasının Parislə Yeni-Düzən, yenidən-politikə bölmə qarğışları şüarlayır? NovoSibirdən lslahatçı *şaykasının* Qorbaçov 1992ci ilə SSRİ 15 respublika və SB azı 14 dövləti ÖZbaşına buraxdı və hamısı ölkə-dövlət yox, hərbi terror meydançalarına çevrilib? Rəsulzadənin bəyan etdiyi ilkin 9(22) Aprel və ya 28 may Azərbaycan Xalq Cümuhürriyyətinin əraziləri böyükdü, yoxsa 27.12.1991 və ya 2 Avqust 1992ci il Azərbaycanımızın? Arşiv RFdədir və İran dəqiq sənədləri olmadığından kəskin-qəti deyə bilmir ki, SSRİ Kremlinin azad buraxdığı Azərbaycanın əski Sovet və hazırki Dövlətləri nədən qərbi Zəngəzuru Qərbin idarəsinə, Haystana Qarabağın 33 illik hərbi-genosid *cəsarət*inə peşkeş kimi bağışladılar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar