Ru
13:21 / 25 Dekabr 2019

Qulu Məhərrəmlinin “Gələcəyə ön söz”ü

Qulu Məhərrəmlinin  “Gələcəyə ön söz”ü
Eye

Tanınmış jurnalistin publisistik məqalələr kitabı işıq üzü görüb.

“Altun kitab” nəşriyyatı professor Qulu Məhərrəmlinin publisistik məqalələrdən ibarət olan “Gələcəyə ön söz” adlı kitabını çapdan buraxıb. Kitabda müəllifin 2013–2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Ayrı-ayrı mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin müxtəlif problemləri qələmə alınmışdır.


Fərqli insan talelərindən, çağdaş dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-psixoloji və mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız zamanın dolğun mənzərəsini yaradır.

“Ayna kitabxanası” seriyasından kütləvi tirajla çap edilmiş kitabın redaktoru Elçin Şıxlı, texniki redaktoru Rəşad Nəbiyev, bədii tərtibçisi Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar