Ru
11:50 / 25 Yanvar 2017

Ramil Usubov DİN-in hospital rəisini təqaüdə göndərdi

Ramil Usubov  DİN-in hospital rəisini təqaüdə göndərdi
Eye

Daxili İşlər Nazirliyinin (DİN)daha bir yüksək vəzifəli əməkdaşı təqaüdə göndərilib.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir. 

 

Qeyd edək ki, Ramil Usubov ötən gün nazirliyin daha iki yüksək rütbəli əməkdaşının təqaüdə göndərilməsi ilə bağlı əmr verib. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

 

 

Bakı Post

Ramil Usubov  DİN-in hospital rəisini təqaüdə göndərdi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar