"Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media and Technology Group" (TMTG) media şirkəti "Bitcoin"ə (BTC) yatırımlarının 2 milyard dollara çatdığını açıqlayıb. Şirkət bu məbləğlə "Bitcoin" və onunla əlaqəli qiymətli kağızlar əldə edib.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat şirkətin press-relizində yer alıb.
Hazırda "Bitcoin" aktivləri "Trump Media" şirkətinin likvid vəsaitlərinin təxminən üçdə ikisini təşkil edir və bu aktivlərin ümumi dəyəri təxminən 3 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, ABŞ-nin Prezidenti Donald Tramp şirkətin səhmlərinin təxminən 60 faizinə sahibdir.