Ru
14:20 / 22 İyul 2025

"Liverpul"un əfsanəsi vəfat etdi

"Liverpul"un əfsanəsi vəfat etdi
Eye

“Liverpul” klubunun əfsanəvi futbolçusu Coi Cons vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Cons 1978 və 1997 -ci illərdə “Liverpul”un heyətində iki dəfə Avropa Çempionlar Kubokunu qazanıb. O, həmçinin “Reksem”, “Çelsi” və “Haddersfild” klublarında da çıxış edib.

O, 1975–1986-cı illərdə Uels millisində oynayıb.Yığmada 72 oyun keçirib və 1 qol vurub.

“Düşüncələrim Coi ailəsi ilədir! Onunla dəfələrlə görüşmək mənə qismət olub. Rahat yat, əziz dostum”, - deyə “Liverpul”un sabiq futbolçusu Con Aldric sosial şəbəkələrdə yazıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar