“Moskvaya Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi məlumdur”.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu məsələdə Moskva ilə Bakı arasında fikir ayrılığı var və prezident İlham Əliyev bu mövqeyi münaqişənin əvvəlindən bəri qoruyub saxlayır.
“Kreml ümid edir ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərin müvəqqəti soyumasına baxmayaraq, tərəflərin qarşılıqlı faydalı maraqlardan imtina etməsinə səbəb olmayacaq”.
Aysel,
BakuPost