Ru
18:40 / 22 İyul 2025

Tramp "Qızıl qübbə" raketdən müdafiə sistemi üçün İlon Maska alternativ axtarır

Tramp "Qızıl qübbə" raketdən müdafiə sistemi üçün İlon Maska alternativ axtarır
Eye

ABŞ Prezidenti Donald Tramp "Qızıl qübbə" raketdən müdafiə sistemi layihəsini həyata keçirmək üçün milyarder İlon Maskın "SpaceX" şirkətinə alternativ axtarır.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Tramp Administrasiyası "Qızıl qübbə" raket əleyhinə müdafiə sistemini qurmaq üçün tərəfdaşlar axtarışını genişləndirərək "Amazon"un "Koyper" layihəsini və əsas müdafiə podratçılarını cəlb edir, eyni zamanda, Trampın İlon Maskla münasibətlərindəki gərginlik "SpaceX"in proqramdakı domninantlığını təhdid edir", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Pentaqon və Ağ Ev hələ Trampla Mask arasında münasibətlərin kəskinləşməsindən əvvəl layihə üçün alternativ podratçılar axtarışına başlayıblar. Səbəb hakimiyyətin tək təchizatçıdan asılılığı azaltmaq istəyi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar