ABŞ Ədliyyə Nazirliyi Obamanın ABŞ-dakı seçkilər və Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını manipulyasiya etməsini araşdırmalıdır.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, Ədliyyə Nazirliynin məsələni dərhal araşdırmalı olduğunu vurğulayıb.
Tramp, eyni zamanda, əvvəlki adminstrasiyanın Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını manipulyasiya etmək hərəkətlərini vətənə xəyanət adlandırıb.