İsrailin xarici işlər naziri Gideon Saar Kiyevə rəsmi səfərə gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfiri Mixail Brodski məlumat paylaşıb.
“Proqrama Ukrayna rəhbərliyi və yəhudi icması ilə görüşlər daxildir”, - deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, Saarın Ukraynaya səfər planı əvvəlldən açıqlanmamışdı.