Almaniyanın müdafiə naziri Boris Pistorius iki “Patriot” zenit-raket kompleksini Ukraynaya verməyə hazır olduqlarını bildirib, amma bunun üçün xüsusi şərt qoşub.
Bakupost.az xəbər verir ki, o, bu barədə Bavariya federal ərazilərinə səfəri zamanı deyib.
“Biz öz tərəfimizdən iki sistem verə bilərik, lakin yalnız 6-8 ay ərzində onların dəyişdirilməsinə etibarlı təminat olarsa”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Bundesver özünün müdafiə qabiliyyətini və hərbçiləri “Patriot”la işləmək bacarığını qoruyub saxlamalıdır.
“Sistem çatışmazlığı səbəbindən bir və ya iki il məşq edə bilməsək, hazırlıq qabiliyyətini itirəcəyik”, - Pistorius əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, Ukraynanın ən azı beş “Patriot” sisteminə ehtiyacı var. Bundan əvvəl Ukrayna üzrə təmas qrupunun virtual görüşündə o, Almaniyanın bu sistemlərin Kiyevə sürətlə ötürülməsinə yardım etmək niyyətini təsdiqləyib.