Ru
23:15 / 22 İyul 2025

Dünyaşöhrətli rok ifaçısı vəfat etdi

Dünyaşöhrətli rok ifaçısı vəfat etdi
Eye

Dünyaşöhrətli rok ifaçısı, “Black Sabbath” qrupunun solisti Ozzi Osborn 76 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu haqda sənətçinin ailəsi məlumat yayıb:

“Sevimlimiz Ozzinin bu səhər dünyasını dəyişdiyini kədərlə bildirməliyik”.

Qeyd edək ki, sənətçiyə 2019-cu ildə Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Özü iddia edirdi ki, xəstəliyə səbəb həkim məsuliyyətsizliyi olub. Belə ki, o baş-boyun əməliyyatı zamanı sinirlərinin zədələndiyini bildirmişdi.

Əlavə edək ki, mərhum sənətçi “Heavy Metal” janrının əfsanəvi simalarından biridir. “Crazy Train”, “Mr. Crowley”, “Mama, I'm Coming Home”, “Paranoid” kimi ifaları ona şöhrət qazandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar