Ru
21:05 / 22 İyul 2025

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev
Eye

Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə təbrikində bildirilib.

Dövlət başçısı qeyd edib ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar