Ru
18:15 / 22 İyul 2025

"Nissan" xaricdəki zavodlarını bağlamağa başlayacaq

"Nissan" xaricdəki zavodlarını bağlamağa başlayacaq
Eye

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" 2026-27-ci illərdə Meksikadakı iki zavodunu bağlamağı planlaşdırır.

Bakupost.az, bu barədə mənbələrə istinadən "Automotive News" məlumat yayıb.

Qeyd olunub ki, "Nissan Motor Co. Mercedes-Benz" ilə birgə istehsal müəssisəsi də daxil olmaqla, iki montaj zavodunda istehsalı bağlamaqla Meksikanın sənayesində iştirakını azaltmağı planlaşdırır.

Meksikanın Xyutepeke şəhərindəki "Civac" zavodunun 2027-ci ilin martından gec olmayaraq bağlanması planlaşdırılır. Bu zavod "Nissan"ın Yaponiyadan kənarda açdığı ilk zavod idi. Həmçinin Akuaskalyentesdə "Nissan"ın premium brendi olan "Infiniti" və Almaniyanın "Mercedes-Benz" avtomobillərini istehsal edən birgə müəssisənin bağlanması planlaşdırılır.

"Nissan"ın orada iki "Infiniti" krossoverinin istehsalını 2025-ci ilin sonunadək, "Mercedes-Benz"in isə GLB krossover modelinin istehsalını 2026-cı ilin birinci rübündə bitirəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar