Ru
19:36 / 22 İyul 2025

Şuşada Vaqif Poeziya Günləri başladı

Şuşada Vaqif Poeziya Günləri başladı
Eye

İyulun 22-də Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Mədəniyyət Nazirliyinin elan etdiyi “Vaqifə məktub” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Bakupost.az xəbər verir ki, "Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçilib.

I yer “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva

II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova

III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd

Mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Onlar təqdim etdikləri esselərdə Şuşanın xalqımızın tarixi yaddaşındakı mövqeyini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar