Ru
14:20 / 22 İyul 2025

İşğaldan azad olunmuş ərazilərə bu qədər XƏRCLƏNİB

İşğaldan azad olunmuş ərazilərə bu qədər XƏRCLƏNİB
Eye

İşğaldan azad olunmuş ərazilərə 6 ayda xərclənən vəsait açıqlanıb.

Bakupost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 %-i həcmində və yaxud 1 milyard 552,4 milyon manat istifadə olunub.

Məlumata görə, həmin vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1 milyard 58,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon, Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar