2022-ci ilin iyun ayından Klublar Birliyi Vəqfinin sədri vəzifəsini icra edən Ali Koç bu vəzifəsindən istefa vermək qərarına gəlib.
Bakupost.az xəbər verir ki, ötən mövsüm "Qalatasaray"dan başqa bütün komandaların dəstəyi ilə yenidən prezident seçilən Koç iyulun 29-da keçiriləcək Baş Assambleyada vəzifəsini təhvil verəcək.
Klubların onun vəzifəsini davam etdirməsi ilə bağlı çağırışlarına baxmayaraq, Ali Koç onlara təşəkkür edib və bundan imtina edib.