Ru
16:17 / 22 İyul 2025

Yeni pandemiya XƏBƏRDARLIĞI: COVİD-dən daha pis olacaq

Yeni pandemiya XƏBƏRDARLIĞI: COVİD-dən daha pis olacaq
Eye

2030-cu ildə NASA tərəfindən Marsa göndərilməsi planlaşdırılan astronavtlar ölümcül yadplanetli patogenlərlə təmasdan dərhal sonra ölə bilər. Əgər Marsın torpaq nümunələri Yerə gətirilirsə, bu, Coviddən daha təhlükəli pandemiyaya səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Mirror” Bukinhem Astrobiologiya Mərkəzinin fəxri elmi işçisi Barri DiQreqoriyoya istinadən məlumat yayıb.

Missiyanın insanlar üçün təhlükəli ola biləcəyini nəzərə alan NASA, nümunələrin Yerə daha ucuz üsulla qaytarılmasını planlaşdırdığını bildirib, lakin bunun necə həyata keçiriləcəyini açıqlamayıb. DiQreqoriyo isə hesab edir ki, geri gətiriləcək nümunələr xəstəliklərlə dolu ola bilər. O, həmçinin iddia edir ki, patogenlər 1976-cı ildə Marsa Vikinq missiyası tərəfindən artıq aşkar edilib.

Eyni zamanda, NASA-nın keçmiş planetlərin mühafizəsi zabiti Ketrin Konli bu yaxınlarda Marsdan nümunələrin Yerə qaytarılması planlarının təhlükəli olduğunu dediyi üçün işdən çıxarıldığını bildirib.

Buna baxmayaraq, agentlik əmin edir ki, kapsulların steril şəkildə təmizlənməsi prinsipial məsələdir və Yerə heç bir yadplanetli elementin düşməsi mümkün deyil.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar