Ru
09:34 / 22 İyul 2025

Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı artdı

Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı artdı
Eye

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rahman məlumat verib.

"Ölənlər arasında çoxunun yaşı 12-dən az olan 25 uşaq, həmçinin təyyarənin pilotu və müəllim də var.

Bəzi qurbanların şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur. 170-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb.

Biz tibbi yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edirik. Lakin bəzi xəstələrin vəziyyəti son dərəcə ağır olaraq qalır", - deyə Rahman qeyd edib.

Xatırladaq ki, "F-7 BGI" təyyarəsi iyulun 21-də Dəkkədə təhsil kompleksinin ikimərtəbəli binasının girişində qəzaya uğrayıb. İdarələrarası İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) açıqlamasında təyyarənin yerli vaxtla 13:06-da havaya qalxdığı və qısa müddət sonra qəzaya uğradığı bildirilib. Qəzanın səbəbləri araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar