Ru
17:14 / 22 İyul 2025

Dövlətə xəyanət edən şəxsə ağır cəza verildi

Dövlətə xəyanət edən şəxsə ağır cəza verildi
Eye

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Elnur İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, strateji əhəmiyyətli ərazilərdə işləmiş Elnur İsmiyev barəsində məhkəmə prosesi qapalı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinib və ona 16 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar