Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi Bakının iddia etdiyi tərəfdaş olmadığını anlamağa səbəb oldu.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin deyib.
O qeyd edib ki, Rusiya uzun müddət Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik söhbətlərindən məst olub:
“Lakin indi Bakının özünü dost dövlət kimi göstərməsinə ehtiyac yoxdur, çünki Azərbaycan hakimiyyəti hesab edir ki, Rusiya Ukraynada baş verən hadisələr, eləcə də Qərblə qarşıdurma ilə çox məşğuldur və onların Moskvanın milli maraqlarına zidd olan hərəkətlərinə ciddi reaksiya verməz. Azərbaycan Türkiyənin dəstəyinə arxalanaraq Rusiya və Ermənistanla əvvəlki razılaşmalara məhəl qoymadan Cənubi Qafqazda vəziyyəti qəsdən gərginləşdirir”.
Duma üzvü onu da xatırladıb ki, Türkiyə NATO üzvüdür.
Asena,
BakuPost