Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən
Bakupost.az verilən xəbərə görə, məlumatla əlaqədar dalğıc-xilasedicilər axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.