Ru
17:26 / 22 İyul 2025

İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"

İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Eye

İranlı televiziya eksperti və Tehran Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının professoru Mehdi Xanəlizadə Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirib. O, İranın Suriyada Türkiyəyə zərbə vurmalı olduğunu deyib.


Bakupost.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Mehdi Xanəlizadə Türkiyənin Suriyada qalib gəldiyini və bölgədə nüfuzunu artırdığını deyib. O, İranı Türkiyəyə zərbə vurmağa çağırıb. Xanəlizadə əlavə edib ki, qonşu ölkələrdə Türkiyənin maraqlarına zərər vermək İranın strateji məqsədi olmalıdır.

Onun fikrincə, Suriyada sabitlik olmaması İran üçün üstünlükdür və bu sabitliyin pozulmaması vacibdir. Xanəlizadə iddia edib ki, Suriyada demokratik hökumət qurularsa, bu, İranın maraqlarına zidd olan müqavimətə qoşulmaq deməkdir.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar