"Mənim üçün o, sadəcə görkəmli bir aktyor deyildi. O, həyat üzrə mənim müəllimim idi. Və baxmayaraq ki, o heç vaxt mənim müəllimim olmayıb, mən onun filmlərinə baxaraq çox şey öyrəndim. Onun necə davrandığını, necə danışdığını, kadrda necə susduğunu izləyərək".
Bakupost.az xəbər verir ki, bu fikirləri Əməkdar artist Bəhram Bağırzadə Rasim Balayevin ölümü haqda bildirib.
"Mənə qismət oldu ki, rejissor Ayaz Salayevin filmində onunla birlikdə oynayım. Bu, heç vaxt unutmayacağım bir görüş idi…
Təşəkkür edirəm sizə, Rasim müəllim, hər rol üçün. Hər kadr üçün. Var olduğunuz üçün.
Allah rəhmət eləsin".
Lalə, BakuPost