Ru
13:27 / 20 Sentyabr 2019

“Rektorun xeyir-duası ilə işdən getmişəm” - Azər Zeynalov danışdı

“Rektorun xeyir-duası ilə işdən getmişəm” -  Azər Zeynalov danışdı
Eye

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim heyətinin kütləvi şəkildə işdən azad edilməsiylə bağlı xəbər vermişdik. Xəbərdə deyilirdi ki, universitetdən ayrılan müəllimlər incidilərək, öz ərizələri ilə təhsil ocağından ayrılmağa məcbur edilib.



Siyahıda adı çəkilən Xalq artisti Azər Zeynalov məsələ ilə bağlı BakuPost.az-a açıqlama verərək, bu cür söhbətlərin əsassız olduğunu bildirib: “Bu məlumatı kim yayıb bilmirəm. Mən 3 il bundan əvvəl universitetin o vaxtkı rektoru Fərəh xanımın xeyir-duasını alıb, halallaşıb, öz xoşumla oradan ayrılmışam”.



Xalq artistinin sözlərinə görə, universitetdən ayrılmasına səbəb yeni işə başlaması olub:



“ Azərbaycan Milli Konservatoriyasında yeni “Milli Vokal” kafedrası yaradıldı və mən ora müdir təyin olundum. Buna görə də Mədəniyyət və İncəsənət Universitetindən ayrılmaq qərarını verdim. Yəni burada heç bir narazılıqdan və məcburiyyətdən söhbət gedə bilməz”.



Qeyd edək ki, yayılan informasiyada son beş ildə 30 dan çox müəllimin müxtəlif bəhanələrlə universitetdən uzaqlaşdırıldığı bildirilirdi.


Günel
BAKUPOST


Şərhlər
  • Cavanşir Quliyev

    Hörmətli sayt rəhbərləri və əməkdaşları, bir şeyin ki adını xəbər qoyursunuz, onda zəhmət çəkin bu "xəbər" dediyiniz hadisənin döğru olub-olmadığını yaxşıca yoxlayın...yoxsa heç hörmət etməzlər və inanmazlar sizin yazılarınıza.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar