Ru
19:12 / 19 Noyabr 2025

Rəqsanə həbsxanadan evə buraxıldı - Qarşılıqlı razılıq...

Rəqsanə həbsxanadan evə buraxıldı - Qarşılıqlı razılıq...
Eye

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.


Bakupost.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.



Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.


Məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.


Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

***

17:44

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.


Bakupost.az xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev İnstaqram səhifəsində məlumat paylaşıb.

Yayılan məlumatlara görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, Rəqsanə İsmayılova 2025-ci ilin avqustunda dələduzluq etməkdə təqsirli bilinərək saxlanılmışdı.



Şərhlər
  • .Nizami Aliev

    кризис темы "дорогая" ? ... бывает, и не такое..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar