Ru
23:23 / 09 Fevral 2026

Ronaldo geri qayıdır, boykota son qoydu

Ronaldo geri qayıdır, boykota son qoydu
Eye

Portuqaliya millisinin üzvü Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan"Əl-Nəsr" klubunda boykota son qoyub.

Bakupost.az xəbər verir ki, bu barədə “A Bola” nəşri yazıb.

Bildirilib ki, Ronaldo klub rəhbərliyinin bəzi əməkdaşlara maaş borclarını ödəməsindən sonra etirazını dayandırıb. Həmçinin, səlahiyyətləri məhdudlaşdırılan portuqaliyalı direktorlar Jose Semedu və Simao Koutinyo vəzifələrinə qaytarılıblar.

Qeyd edək ki, Ronaldo klubun idarəetməsindən narazı qaldığı üçün Pro Liqada son iki oyunu buraxmışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar