Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus UEFA Millətlər Liqasında Norveçlə səfər matçında (2:1) Kriştiano Ronaldonun xidmətindən istifadə etməyi əvvəlcədən planlaşdırmayıb.
"Bakupost" “A Bola”-ya istinadla xəbər verir ki, 41 yaşlı hücumçuya ikinci hissədə təxminən 30 dəqiqə oynamaq şansı verəcəyini desə də, məşqçi Ronaldonu meydana buraxmayıb.
Beləliklə, o, son 18 ildə ilk dəfə milli komandanın rəsmi oyununda iştirak edə bilməyib.
Final fitindən sonra Ronaldo narazılığını gizlətməyib və birbaşa paltardəyişmə otağına yollanıb. Sentyabrın 29-da isə o, komandanın ümumi məşqində iştirak etməyərək idman zalında fərdi çalışıb.
Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kopenhagenə gəlib. Ronaldo, Jezus və federasiya rəhbərinin iştirakı ilə keçirilən görüş müsbət nəticələnib və tərəflər arasındakı fikir ayrılıqları aradan qaldırılıb.
Portuqaliya oktyabrın 1-də Millətlər Liqasında Danimarkanın qonağı olacaq.