Ru
10:39 / 13 May 2026

Çinə səfər ərəfəsində “Maduro stili”: Təsadüf, yoxsa gizli mesaj? - FOTO

Çinə səfər ərəfəsində “Maduro stili”: Təsadüf, yoxsa gizli mesaj?  - FOTO
Eye

Çinin paytaxtı Pekinə səfər zamanı ABŞ dövlət katibi Marko Rubionun seçimi diplomatik gündəmi kölgədə qoyub.

Bakupost.az xəbər verir ki, onun geyimi sosial mediada geniş yayılaraq “gizli mesaj” müzakirələrinə yol açıb.

Rubionun Çin səfərinə gedərkən geyindiyi kombin Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanıldığı anlardakı görüntülərini xatırladıb. Bu oxşarlıq qısa müddətdə viral olub.

Bəzi şərhçilər bunu açıq “psixoloji güc nümayişi” kimi qiymətləndiriblər. Digərləri isə bu addımın diplomatik etiketi zorlayan məqsədli təxribat olduğunu deyiblər.

Məsələ təkcə geyimlə məhdudlaşmır. Rubionun bu səfəri onsuz da gərgin fonda baş tutur. Çünki o, daha əvvəl Pekin tərəfindən sanksiyaya məruz qalmışdı. Diplomat adının yazılışında xırda dəyişiklik etməklə bu məhdudiyyətləri aşıb. Bu da hər iki ölkədə ciddi müzakirələrə səbəb olub.

Ağ Ev isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bahar Babaşova, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar