Ru
23:44 / 14 Yanvar 2026

Rubio və Netanyahu İrana müdaxilədən danışdılar

Rubio və Netanyahu İrana müdaxilədən danışdılar
Eye

ABŞ dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Bakupost.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər danışıq zamanı İrandakı kütləvi iğtişaşlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə planlarını və koordinasiya məsələlərini müzakirə ediblər. Rubio və Netanyahu bazar ertəsi baş tutan təmasda ABŞ-nin İrana birbaşa müdaxilə ehtimalını masaya yatırıblar.

Qeyd olunub ki, tərəflər çərşənbə günü telefon danışığı aparmaq barədə də razılığa gəliblər.

Xatırladaq ki, dekabrın sonundan başlayan və 60-dan çox şəhəri bürüyən etirazlar nəticəsində ölənlərin sayı artıq 2600-ə çatıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar