Ru
23:03 / 02 İyun 2026

Rubiodan sensasion açıqlama: "Hizbullah" İsraillə...

Rubiodan sensasion açıqlama: "Hizbullah" İsraillə...
Eye

ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton mayın 31-də Livan vasitəsilə şiə qruplaşması "Hizbullah"ın İsraillə atəşkəsə hazır olması barədə mesaj alıb.


Bakupost.az xəbər verir ki, Rubio bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

"Biz Livan hökumətindən və parlament sədrindən bazar günü "Hizbullah" adından bir mesaj aldıq. Mesajda bildirilir ki, əgər İsrail Beyruta yeni zərbələr endirməzsə, onlar İsrail ərazisinə hücumlardan çəkinəcəklər", - deyə Rubio bildirib.

O həmçinin ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və "Hizbullah" nümayəndələri ilə təmaslara dair açıqlamasına aydınlıq gətirib.

Daha əvvəl "Axios" portalı Livan parlamentinin sədri Nəbi Berrinin ABŞ tərəfinə "Hizbullah"ın İsraillə tam və dərhal atəşkəsə hazır olduğunu bildirdiyini yazmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar